L |
Labirint |
dolanbaclıq və dolaşıqlıq, qarışıqlıq; çıxılması çətin, dolanbac və dolaşıq yolları olan böyük bina |
Layiq |
münasib, yaraşan |
Lətafət |
lətiflik, yumşaqlıq, xoşluq; gözəllik, məlahət, qəşənglik |
M |
Maliyyə |
dövlətə, yaxud ayrı-ayrı şəxslərə məxsus pul vəsaiti; pul işlərinin təşkili, pul dövriyyəsi |
Media |
dövri mətbuat |
Memarlıq |
binalan layihələndirmə, tikmə və bədii cəhətdən tərtib etmə sənəti |
Məhdud |
əhatə olunmuş, dövrələnmiş, hüdudlanmış |
Məkan |
bir adamın sakin olduğu yer, oturulan yer, yurd |
Məlumat |
bir şey haqqında bilik |
Mənimsəmək |
bir işi görüb-götürmək, öyrənmək, özünə aşılamaq; qanunsuz olaraq başqasının malına, puluna
sahiblənmək
|
Mənsubiyyət |
mənsub olma, aid olma |
Mərhələ |
bir şeyin inkişafında keyfiyyətcə öz xüsusiyyətləri olan dövr |
Minarə |
azan vermək üçün məscidlərin yanında və ya üstündə ucalan qüllə |
Missioner |
xristian olmayan əhali arasında xristianlığı yaymaq üçün xristian kilsəsi tərəfindən göndərilən şəxs |
Modern |
ən yeni, müasir |
Möhtəşəm |
öz əzəməti, böyüklüyü, həşəməti ilə insanı valeh edən; əzəmətli |
Müasir |
indiki dövrdə olan; başqası ilə bir əsrdə, bir dövrdə yaşamış olan və yaşayan |
Mübadilə |
bir şey verib əvəzində başqa bir şey almaq; dəyişmə |
Mübahisə |
bir işi, məsələni və s. müzakirə etdikdə öz fikrini qoruyan, sübut etməyə çalışanlar arasında başlanan bəhs, deyişmə |
Mücərrəd |
konkret varlıqla əlaqəsi olmayan, ancaq xəyalda təsəvvür edilə bilən |