F |
Fağır |
aciz, yazıq, məzlum |
Fayda |
mənfəət, xeyir |
Folklor |
şifahi xalq yaradıcılığı |
Folklorşünas |
folklor mütəxəssisi |
Fonoqraf |
səsi yazmaq və səsləndirmək üçün cihaz; səsyazan |
Funksional |
bir şeyin quruluşundan deyil, fəaliyyətindən asılı olan |
G |
Geodeziya |
yerin ölçülərini, formasını, qravitasiya sahəsinin və səthindəki ölçüləri öyrənən elm sahəsi |
Geoloji |
geologiyaya aid olan, geologiya ilə əlaqədar olan |
Girdə |
dairəvi, dairə şəkilli |
Gübrə |
bitkiləri daha yaxşı qidalandırmaq və məhsuldarlığı artırmaq üçün torpağa qatılan üzvi və qeyri-üzvi maddə |
H |
Heroqlif |
ideoqrafik yazı sistemində heca və ya səs bildirən fiqurlu işarə |
Həmyaşıd |
bir başqası ilə bir yaşda olan, həmyaş |
Hiddət |
qəzəb, acıq, qeyz, hirs, sərtlik |
Hidrogeologiya |
geologiyanın və hidrologiyanın, yeraltı suların mənşəyini, hərəkətini və fiziki-kimyəvi xassələrini öyrənən sahəsi |
Hüquqi |
hüquqa əsaslanan, hüquq normalarına uyğun olan |
X |
Xadim |
1. |
xidmət edən; 2. hər hansı ictimai fəaliyyət sahəsində özünü göstərmək, xidmətləri olan şəxs |
|
Xassə |
bir adama və ya nəyəsə məxsus olan hal, başqalarında olmayan keyfiyyət |
Xilafət |
ərəb xəlifələrinin hakimiyyət dövrü; ərəb istilaları nəticəsində yaranmış, başında xəlifənin durduğu feodal dövləti |