Üst köynəyi |
çiyinüstü, düz biçimi, çiyni tikişsiz və rəngbərəng qoltuqaltından ibarət geyimdir. |
Arxalıq |
ipək, atlaz, kəş- mir, mahud, satin və başqa parçalardan tikilən çiyinüstü, beli uzun, ensiz gödəkcədir. |
Qəba |
əsasən, tirmədən tikilən kişi çiyinüstü üst geyimidir. |
Çuxa |
içi tüklü qoyun dərisindən tikilmiş düyməsiz, naxışlı şubadır. |
Milli geyimlər, milli adət-ənənələr, mədəniyyət, milli mətbəx, ornamentlər, naxışlar, maddi-mənəvi sərvətlər hər bir xalqın etnik nişanəsidir.
Milli mənsubiyyətindən, irqindən, dilindən asılı olmayaraq, hər bir xalqın milliliyinə hörmət və qayğı ilə yanaşmaq hər kəsin borcudur.
İnsanlar arasında qarşılıqlı anlaşma, əməkdaşlıq, dostluq olmasa, inkişaf və irəliləyiş də olmaz.
Tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında 2016-cı ili “Multikulturalizm ili” elan etmişdir.