Azərbaycan milli geyimləri azərbaycanlıların maddi mədəniyyətini, onlara xas olan xüsusiyyətləri əks
etdirir və xalqın sarsılmaz etnik nişanələrinə aiddir.
Kann festivalında Heydər Əliyev Fondunun dəstəyi ilə “Azərbaycan Milli Geyimləri gələcəyə doğru” adlı
dəfilə keçirilmişdir. Həmin dəfilədə, əsasən, Qarabağ milli geyimləri nümayiş olunmuşdur.
Xalqın tarixini, onun mədəniyyətini öyrənmək üçün qiymətli mənbələrdən biri olan geyimlər
xalqın milli xüsusiyyətini əks etdirməklə yanaşı, sabit etnik əlamətlər sırasına daxildir. Geyimlər
xalqlar arasında mədəni-tarixi əlaqə və qarşılıqlı təsir məsələlərini müəyyənləşdirmək işində
yardımçı material rolunu oynamaqla xalqın təsərrüfat sahələrinin səviyyəsindən və coğrafi şəraitdən
asılıdır.
Qadın geyimləri daha rəngarəng və zəngin olmuşdur.
Arxalıq |
çiyinüstü, uzun, beli ensiz gödəkcədir.
|
Üst köynəyi |
qanovuz və ipək
parçadan tikilən
çiyinüstü, düz
biçimi, çiyni
tikişsiz və rəngbərəng qoltuqaltından ibarət
geyimdir.
|
Ləbbadə |
tirmə, məxmər
və s.-dən tikilən
çiyinüstü üst gö-
dəkcəsidir. Bu
geyim sırıqlı as-
tarda olur.
|
Güləcə |
tirmə və məx-
mərdən tikilən
qadın çiyinüstü
üst geyimidir.
Bu geyim astarlı
olur.
|
Çəpkən |
tirmə, məxmər və ipək parçadan tikilən çiyinüstü, astarlı və yalançı qollara malik olan
qadın üst geyimidir.
|
Baharı |
əsasən, məxmərdən tikilən, sırıqlı astarda qadın çiyinüstü üst geyimidir.
|
Kürdü |
tirmədən, məxmərdən tikilən qadm üst geyimidir. Bu geyim xəz dəri və sıx naxışlarla bəzədilir.
|