- Mətnin ədəbi dilin normalarına uyğun olub-olmadığını əsaslandırın.
- Mətndə (səh. 170) tünd şriftlə verilmiş cümlələri sintaktik təhlil edin. Həmin cümlələrdə
elə dəyişiklik edin ki, sxeminə uyğun olsun.
Sizcə, tünd verilmiş birinci cümlədə hansı norma pozulmuşdur?
- Mətndə (səh. 171) çərçivəyə alınmış hissədə durğu işarələrini bərpa edin.
- Mətndə (səh. 171) altından xətt çəkilmiş cümləni düzgün yazın.
- Mətndə (səh. 173) göy rəngdə verilmiş sözün hansı yazılış forması düzgündür? Fikrinizi
əsaslandırın.
- Mətnin dialoqlar olan müəyyən bir hissəsini seçin, vasitəsiz nitqli cümlələri vasitəli
nitqli cümlələrə çevirin.
- Mətnin ilk cümləsini elə dəyişin ki, □ ← ○ sxemə uyğun olsun.
-
Bir anın içində hər şey aydınlaşdığı üçün mənim ovqatım tamamilə dəyişdi, özümdə yeni
güc, enerji və nikbinlik hiss etdim cümləsi haqqında fikirlərdən hansılar səhvdir.
- Tabesiz mürəkkəb cümlədir.
- Həmcins xəbərli sadə geniş cümlədir.
- Tərkib hissələrdən birinin mübtədaları həmcinsdir.
- Birinci tərkib hissədə söz sırası pozulmuşdur.
- Birinci tərkib hissədə işlənmiş feili sifət tərkibi cümlənin məqsəd zəifliyidir.
- Mətndə (səh. 178) tünd şriftlə verilmiş cümlədə frazeoloji birləşməni cümlənin məzmununa
xələl gətirməyən müvafiq sözlə əvəz edin.
- Mətndə (səh. 178) ilk cümləni tabeli mürəkkəb cümlə şəklində, 2-ci cümləni sadə cümlə
şəklində yazın.
- Mətndə (səh. 178) kursivlə verilmiş cümləni həmcins xəbərli cümlə şəklində yazın.
-
176-177-ci səhifələrdə verilmiş şəkillərdən birini və yaxud “Qoca ağac” tablosunu seçməklə
(şəkil başqa mənbələrdən də seçilə bilər) elə mətn tərtib edin ki, ondan ifadə mətni kimi
istifadə etmək olsun.
- İlk növbədə plan tərtib edin.
- Əlavə məlumat toplayın.
- Plan əsasmda mətn hazırlayın.
- Mətndə sitatlardan istifadə edin.
- Mətnin 100-120 sözdən ibarət olmasına çalışın.
- Yazacağınız mətnin üslubunu özünüz müəyyənləşdirin.