- Deyəsən, axtardığınızı tapdınız?
- Müsyö Jorj, çox sağ olun, çəkdiyiniz şəkillərin bizə çox böyük köməyi dəydi. İndi bizi bu rəngkarlıq nümunəsinin bura necə gəlib çıxması daha çox maraqlandırır. Bəlkə, bununla əlaqədar bir açıqlama verəsiniz.
- ...1969-cu ildə Moskvaya gəldik. Sonra bizi təyyarə ilə Moskvadan Bakıya yola saldılar. Axır ki, Bakını da gördüm. Çox maraqlı Şərq şəhəridir. Qədimliklə müasirliyin sintezində qurulub.
Sonra bizi şəhərin içində olan qədim bir şəhərə apardılar.
Çox qəribə idi: ətrafı daşla hasarlanmış bu balaca şəhər əvvəllər necə vardısa, eləcə də qorunub saxlanılmışdı. Dolanbac küçələri sanki labirinti xatırladırdı. Nabələd adam bu əski şəhərdə aza bilərdi. Hə, yaxşı yadıma düşdü, əski şəhərin aşağı, dənizə yaxın hissəsində bir qala vardı. Onun tarixi, necə yaranması ilə əlaqədar bizə bələdçimiz ensiklopedik məlumat verdi. Həmin qala ilə bağlı bir-iki əfsanəni xatırlatdı.
Müsyö Jorj elə bil birdən-birə yuxudan ayıldı:
- İki rəssamın emalatxanasında olduq. Fransanın ovaxtkı Mədəniyyət naziri Andre Moloronu T.Nərimanbəyovun yaradıcılığı əməlli-başlı ovsunlamışdı. Onun milliliklə bəşəriliyin sintezində çəkilmiş əsərləri dünya incəsənətindən çox yaxşı başı çıxan naziri valeh etmişdi. Fransız rəssamları Sezanın, Renuarın, Qogenin, Van Qoqun, Modilyaninin orijinal əsərlərini görmüş bu adam dil boğaza qoymayıb hey onu tərifləyirdi.
Andre Moloro rəssamın rəylər kitabı ilə maraqlandı və kitaba öz tarixi fikirlərini həkk etdi: "Toğrul Nərimanbəyovun əsərləri böyük dəyərə malikdir. Onlar özlərində Şərq ve Qərb mədəniyyətinin nadir sintezini yaradır”.
- Rəsmi nümayəndə həyətimizin emalatxanasında olduğu ikinci rəssam bax bu idi. Onun adı, soyadı yadımda qalmayıb. Çünki o heç bir əsərinə imza atmamışdı. Çəkdiyi əsərlərinin repr...duksiyalarını da dönə-dönə nəzərdən keçirmişəm. Heç birində imzası yoxdur. Amma çox yaddaqalan xarakterik sifəti vardır.