Sizcə, niyə Azərbaycanın əl sənəti nümunələri bu qədər maraq doğurur?
Erməni taciri Kələkyanın hərəkətinə münasibət bildirin. Parçanı hissələrə bölüb müxtəlif
müzeylərə satmaqda onun məqsədi nə idi?
Cümləni tamamlayın. Mətn aşağıda sadalanan xüsusiyyətlərinə görə ... üslubdadır.
1. _______________
2. _______________
3. _______________
Mətnin giriş, əsas və nəticə hissələrini müəyyənləşdirin, onları tezis şəklində ifadə edin.
Sonra xülasəsini yazın. Fərqləri göstərin.
Beləliklə, XVI yüzilliyin yadigarı sayılan bu gözəl toxuculuq sənəti nümunəmizin eynilə
üç
hissəsi hazırda dünyanın üç müxtəlif muzeyində nümayiş etdirilir cümləsini nömrələnmiş
cümlələrin hansından sonra yerləşdirsəniz, ardıcıllığa xələl gəlməz?
“Azərbaycan mədəniyyət inciləri Fransada” mətni ilə “Vatikandan gələn var" mətnini
məzmun,
üslub və təqdimedilmə forması baxımından müqayisə edin. Hansı fərqi və oxşar cəhətləri
gördünüz? Mətnlərdə hansı faktlar üst-üstə düşür?
“Örnək” sözünün leksik mənalarını müəyyənləşdirin və altından xətt çəkilmiş cümlədə onun
yerində işlənib-işlənmədiyini deyin. Örnək və nümunə sözləri sinonim ola
bilərmi?
Mətndəki tikmə sözünün mənasını deyin. Bu sözdəki vurğunun yerini dəyişməklə məna
dəyişikliyini izləyin və cümlədə işlədin.
Uyğunluğu müəyyənləşdirin.
Məmulat
?
bir şey haqqında
xəbərdarlıq, bilik
fabrikdə istehsal olunmuş və ya başqa vasitələrlə istehsal olunmuş, hazırlanmış məhsullar
?
Məmulat
Məlumat sözünü xəbərdarlıq mənasında cümlədə işlədin.
Xalat və xələt sözlərini məna baxımından fərqləndirin.
Mətndə çərçivəyə alınmış ifadəni (səh. 160, 2-ci abzas) daha düzgün işlədin.
Son abzasda kursivlə verilmiş sözlər termin hesab edilməlidirmi? Fikrinizi əsaslandırın.