2
|
Cəmi 40 söz (ixtisarla) |
1 1920-ci ildə bir dəstə hindli meşəlikdə yerləşən kəndləri səyahətə çıxmışdılar. Dəstədə olan hind (psixoloqu, psixiatrı) Rid Sinqh Qodamuri kəndində yerli sakinlərdən meşədə qəribə bir canlının yaşadığını eşidir. Sinqh yoldaşları ilə birlikdə bu canlının göründüyü (sahəyə, əraziyə) getmiş, onları müşahidə etmək üçün yer hazırlamışdır.
2 Aparılan müşahidələr zamanı Sinqh görmüşdür ki, əvvəlcə yaşlı canavarlar, sonra iki balası, daha sonra qəribə canlının böyük tayı və nəhayət, kiçiyi yuvadan çıxır. Bu qəribə (vəhşilərin, yırtıcıların) bədənləri insana, yerişləri heyvan yerişinə oxşayırdı. Sinqh onların insan uşağı olduğunu yəqin etmiş, uşaqları diri tutmağı qarşıya məqsəd qoymuşdur. O, ikinci gün gündüz çağı kənd əhalisi ilə birlikdə həmin yerə gəlib canavarın yuvasını dağıtmağa başlamışdır. Bu zaman erkək canavar çıxıb qaçmış, ana canavar isə balalarını müdafiə etməyə cəhd göstərmişdir. Ana canavar öldürüldükdən sonra yuvanın deşiklərindən birini genişləndirib içəri daxil olmuşlar. Yuvanın dibindən 2 canavar balaları və 2 uşaq tapıb çıxarmışlar. Bunlar qız uşaqları idi. Qızlar üçün kənd evlərindən birində qəfəs hazırlanmış və onlar bir müddət orada saxlanılmış, sonra uşaq evinə aparılmışlar.