Məmmədov İbrahim İsmayıl oğlu 20 dekabr 1958-ci il Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan Şəhər 3 saylı orta məktəbi bitirmişdir. 1992-ci ildən könüllü batalyonlarda döyüşmüş və 1993-cü ildə Milli Orduda bölük komandiri kimi döyüşlərdə iştirak etmişdir. 1994-cü il Kəlbəcər uğrunda döyüşlərdə onun bölüyü bir neçə strateji yüksəkliyi düşməndən azad etmişlər. 1994-cü il fevralın 16-da Kəlbəcər- dəki döyüşlərdə düşmənin 3 tankını və xeyli sayda canlı qüvvəsini sıradan çıxarmış və snayper gülləsi ilə həlak olmuş, Naxçıvanda Şəhidlər Xiyabanında dəfn edilmişdir.
İbrahim Məmmədov ölümündən sonra “Azərbaycanın Milli qəhrəmanı” adına layiq görülmüş, Biləcəri Qəsəbəsində Milli qəhrəmanlar parkında büstü ucaldılmışdır.