Vatikan Məxfi Arxivində Azərbaycan tarixi, diplomatiyası və xarici əlaqələrini sübut edən dəyərli sənədlər qorunur. Bu sənədlər əsasında diplomatik münasibətlər və xarici əlaqələrdə ərəb və fars dilləri ilə yanaşı, türk dilinin də əsas yer tutduğunu söyləmək mümkündür.
Əsas müddəa söz və söz birləşmələrinin, anlayışların əvəz edilməsi yolu ilə formalaşır (fərqləndirilmiş İfadələrə diqqət yetirin). |
Sülalələrin: Elxanilərin, Səfəvilərin Roma papası ilə siyasət və tarixi məqamlarla bağlı yazışmaları →
Diplomatiya və xarici əlaqələr Yazışmalar, məktublar →
Sənəd
Digər dillərlə yanaşı, türk dilində sənədlərin olması faktı diqqətə çatdırılır.
|
Mətndən əsas müddəanın seçilməsi tezis adlanır. Tezis geniş mülahizənin qısa ifadəsi, məqalə və ya çıxışın əsas müddəalarını əks etdirən yığcam qeydlərdir.
Tezis faktlarla sübut edilməlidir.