Maddə 18. Müharibə, fövqəladə vəziyyət və silahlı münaqişə zamanı abidələrin qorunması
Döyüş təhlükəsi olan ərazilərdən və döyüş zonalarından daşınar abidələrin köçürülməsini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Fövqəladə hallarla əlaqədar olaraq daşınar abidələr onların məhv edilməsi, oğurlanması və ya korlanması təhlükəsi qarşısında qanunvericiliklə müəyyən edilmiş qaydada müvəqqəti olaraq təhlükəsiz rayonlara köçürülə bilər.
Dövlət işğalçı tərəfindən qənimət kimi ələ keçirilmiş abidələr haqqında beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırır və onların qaytarılması və bərpası üçün tədbirlər görür.
Abidələr hərbi məqsədlər üçün istifadə edilə bilməz. Müstəsna hallarda qoruqların ərazisi və yerli əhəmiyyətli memarlıq abidələri Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının razılığı əsasında qanunvericiliyə uyğun olaraq hərbi hissələrin təsərrüfat və mədəni məqsədləri üçün istifadəsinə verilə bilər.
VII FƏSİL. Abidələrin qorunması haqqında qanunvericiliyin
pozulmasına görə məsuliyyət
Maddə 28. Abidələrin qorunması haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət
Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar.
Maddə 29. Abidələrə vurulan zərərin ödənilməsi
Abidələrə vurulan zərərin ödənilməsi Azərbaycan Respublikası mülki qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Ödənilmiş vəsait abidənin bərpası, tədqiqi və ya qorunması tədbirlərinin maliyyələşdirilməsinə yönəldilir.
Maddə 32. Müvəqqəti işğal zonalarında qalmış abidələrin bərpası və qorunması
Müvəqqəti işğal zonalarında qalmış abidələrin yenidən tədqiqi və bərpası üçün həmin ərazilər azad edildikdən sonra təxirəsalınmaz tədbirlər görülür. Abidələrin bərpası və qorunması üçün ayrılan maliyyə vəsaiti, ilk növbədə, işğal zonasında qalmış abidələrin tədqiqi və bərpası üçün sərf edilir.
İşğalçılar tərəfindən dağıdılmış dünya, ölkə və yerli əhəmiyyətli abidələr haqqına müvafiq beynəlxalq təşkilatlara məlumat verilir.
Heydər Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 10 aprel 1998-ci il