5
|
MİRZƏ SƏFƏR (ixtisarla) |
...Mirzə iştahasız nahar edib yatmaq istədi, hərçi çalışdı, yuxusu gəlmədi. Durub libasını geyinib getdi usta Zeynalın dükanına.
Həmişə sifətindən şad, dili şeirli daxil olan Mirzə Səfər bu dəfə məyus girib, salam verib əyləşdi. Usta Zeynal xəbər aldı:
- A Mirzə, gözümə bikef dəyirsən, nə olub, xeyir ola?
- Xeyir olmamış, nə var. Elə bir qədər bu gün ovqatım təlx olub.
- Söylə görək.
- Nə söyləyim? Həsən ağanın evi başına uçsun, gedib məktəbdə deyib ki, filankəsin / flankəsin pulu aşıb-daşır, uşaqlarını öz xərci ilə oxuda bilər. İndi uşaqları göndəriblər üstümə və xəbər veriblər ki, ayın on beşinədək / on beşinə dək 40 manat verməsəm, ikisini də məktəbdən xaric edəcəklər. Mənim mədaxilimi bilirsən. Çox çətinliklə onların kitablarını, libaslarını düzəldirəm. Hər yarım ildə 40 manat, ildə 80 manat eləyir. Mən bunu haradan düzəldim? Uşaqlar məktəbdən çıxarılsa, mən vərəmləyib öləcəyəm.
Usta Zeynal Mirzə Səfərə Həsən ağanın yanına getməyi məsləhət (gördü, bildi).
Mirzə Səfər neçə dəqiqə usta Zeynalın üzünə baxıb birdən ayağa qalxıb dedi:
- Usta Zeynal, bu nə təklifdir, mənə edirsən? Mən Mirzə Səfər gedib Həsən ağanın ayağına yıxılım? Mən acından ölməyə razı olaram, oğlanlarımın ikisinin də başını kəsərəm, amma gedib Həsən ağa kimi adama yalvarmaram. Qoy uşaqları qovsunlar.
Usta Zeynal bunu eşitdikdə dəzgahın dalından qalxıb gəlib Mirzənin boynunu qucaqlayıb üzündən öpdü.
- Mirzə, mən səni (sınayırdım, yoxlayırdım). İndi səndə olan istiqaməti-məcazi aydın görürəm. İndi görürəm ki, sən ağır günündə də gedib heç kəsin ayağına yıxılmazsan. Afərin sənə, Mirzə Səfər! Bu gündən soma mən malımı, canımı sənin kimi dostun yolunda qoyaram.