- Sözlərin leksik mənalarını fərqləndirib uyğun feillərlə əlaqələndirin.
- Universitetin prezidentinin jest və mimikalarını nümayiş etdirməyə çalışın. Bu jestlər onun
daxili
aləmini ifadə edə bilirmi?
- Mətndə üslubi cəhətdən səhv olan cümlələri müəyyən edib düzgün yazın.
- Altından xətt çəkilmiş sözləri hansı sözlərlə əvəz etsəniz, etik cəhətdən düzgün olar?
- Mətndə hansı üsluba aid xüsusiyyətlər özünü göstərir?
- Fərqləndirilmiş cümlələrdə hansı normanın tələbləri pozulmuşdur? Yerində işlədilməyən sözləri
düzgün olanlarla əvəz edin.
- Mətnin qısa xülasəsini yazın.
- Vasitəsiz nitqli cümlələri vasitəli nitqə çevirin. Mətndə hansı dəyişiklik baş verəcək?
- Hansı mürəkkəb adın yazılışında səhvə yol verilmişdir?
- "Üstümü unlu görüb adımı dəyirmançı qoyma", “Adamı geyimə görə qəbul edib, ağlına görə yola
salarlar” ibrətamiz fikirlərinə münasibət bildirin. Onları mətnin məzmunu ilə əlaqələndirin.
- Mətnin məzmununda dəyişiklik edin. Onun görüşünə gələnləri nəzakətlə qəbul edib yola salan
rəhbər
obrazı yaradın.
- Bakıda oğlunun xatirəsini əbədiləşdirmək üçün kim hansı binanı tikdirmişdir?
-
Oxuyun. Bədii ədəbiyyatda mimika və jestlərin müxtəlif növlərinin söz vasitəsilə təsvirinə
diqqət yetirin, onları qruplaşdırın.
- Şifahi nitqinizdə onlardan bir neçəsini əks etdirməyə çalışın.
1. Vasili ayağa qalxdı və kətili havaya qaldırıb, dəhşət içində baxan növbətçilərdən gözlərini
çəkməyərək, güləşməyə hazırlaşan pəhləvan kimi ayağının birini irəli, birini geri qoyub yanakı
dayandı (M.Hüseyn). 2. Hirsindən burun pərələri qalxıb-enən Mehdi koxa toza batmış papağını
çırpıb başına qoydu (F.Eyvazlı). 3. Gözlərini yayındırıb heç bir şey görməməyə çalışsalar da,
hökmdarın oğlunun sinəsinə əzrayıltək çökdüyünü və vəliəhdin göyərdiyini də görürdülər. Hökmdar
tez-tez əlinə güc verdikcə vəliəhdin dişlərini xırçıldatdığını, ağzını açıb, qaraqançır dilini
əsdirə-əsdirə xırıldadığını da eşidirdilər (İ.Hüseynov).