İngiltərənin “Frant men nyus” teleşirkətinin jurnalisti (hadisə yerində olmuşdur):
Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz”.
Bakı, Ankara, İzmir, İzmit, Berlin, Meksika və Hollandiyada Xocalı soyqırımı qurbanlarına abidə qoyulmuşdur.
Ermənistanı işğalçı dövlət kimi tanıyan İslam Konfransı Təşkilatının Uqandada keçirdiyi toplantıda Xocalı faciəsi barədə xüsusi sənəd qəbul etməsi Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanınması baxımından əhəmiyyətlidir. Bu tarixi sənəd beynəlxalq təşkilatlar tərəfindən Xocalıda törədilmiş faciənin dinc əhalinin kütləvi qətliamı, insanlığa qarşı cinayəti kimi tanınmasında ilk addımdır.
İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş koordinatörü Leyla Əliyeva haqq işimizi müdafiə etmək və işğal olunmuş torpaqlarımızı azad etmək istiqamətində hamılıqla mübarizəyə qoşulmağı vacib sayır:
- Biz davamlı olaraq dünyanın bütün aparıcı dövlətləri ilə bu istiqamətdə iş aparmalıyıq. İlk növbədə, Avropa Birliyinə inteqrasiyanı gücləndirməliyik. Unutmamalıyıq ki, bugünkü dünyada əsas aparıcı güc və təsir mərkəzi məhz Qərbdədir. Ona görə də kompleks iş görməyə ehtiyac var...
Qarabağ həqiqətlərinin, əsasən, Qərb ölkələrində tanınması bizim üçün daha vacibdir.