Əgər qəlbdə mərhəmət yoxdursa, insanlara məhəbbət, hörmət, qayğı yoxdursa, bu, qəlbin korluğu deyilmi?!
Əgər insan yalan danışırsa, qarşısındakına və ətrafındakılara paxıllıq edirsə, ziyan vurursa, şər işlər görürsə, bu, qəlbin korluğu deyilmi?!
Çirkin fikirlərlə dolu qəlblər xalqlar arasında əmin-amanlığı pozaraq müharibələri qızışdırıb faciələr törədirsə, törətdiyi əməllərdən utanmayıb tökdüyü qanların çoxluğu ilə “qürur" duyursa, bu, qəlbin korluğu deyilmi?!
Əgər qəlbləri kor olmasa idi, ac gözləri “doydum” desə idi, ermənilər Xocalı faciəsi törədərdilərmi?
Əgər qəlbləri kor olmasa idi, onlara havadar çıxanlar, dəstək olanlar faciələrin, qırğınların, müharibələrin, insan tələfatının qarşısını alardılar.
Əgər qəlbləri kor olmasa idi, mənasız yerə ərazi iddiası ilə çıxış etməz, uşaqlarını saf niyyətlə böyüdər, həqiqəti deyər, onların qəlbində də sevgi toxumu cücərdərdilər.
Saf qəlbinizi pisliklərdən uzaq tutun, içinizdə sevgi, mərhəmət, xeyirxahlıq toxumları cücərdin.
Vətəninizi sevin! Torpağınızı sevini İnsanları sevini