Qədim zamanlarda qoca bir hindu nəvəsinə ibrətli bir həyət hekayəsi danışır.
- Hər bir insanın daxilində iki qurdun döyüşünə bənzər bir mübarizə gedir.
Onlardan biri şəri, paxıllığı, qısqanclığı, eqoizmi, ambisyaları, yalanı və müharibəni, digəri xeyri, sülhü, məhəbbəti, ümüdü, həqiqəti, xeyirxahlığı və sədaqəti təmsil edirlər.
Bu sözlərdən qəlbinin dərinliyinə qədər təsirlənən balaca hindu bir an fikrə daldıqdan sonra babasından soruşur.
- Bəs axırda hansı qurd qalib gəlir?
Qoca hindu güclə hiss olunan təbəssümlə cavab verir.
- Bu mübarizədə hər zaman sənin bəslədiyin qurd qalib gəlir.