- Epiqrafla (səh. 96) mətnin məzmununun əlaqəsini əsaslandırın.
- Sizcə, mətn böyüklərin, yoxsa kiçiklərin dilindən verilmişdir?
- Mətnə (səh. 96) münasibət bildirin. Mətn uşaqların daxili aləmini necə xarakterizə edir? Həmin
xüsusiyyətləri seçib yazın. Cavablarınızı mətndən götürülmüş nümunələrlə əsaslandırın.
Nümunə:
- Mətnin (səh. 96) tipini müəyyənləşdirin.
- Mətnin (səh. 96) bədii üslubda yazıldığını demək olarmı? Niyə?
- Mətnin (səh. 96) dili üçün xarakterikdir:
- Hansı hikmətli kəlam mətnin məzmunu ilə səsləşir?
- Uşaqlıq görməyən insan gələcəkdə pis vətəndaş olacaq. (F.Dostoyevski)
- Övladlarınızı dövrümüz üçün deyil, onların dövrü üçün yetişdirin. (Həzrət Əli)
- Uşaqların nəsihətdən çox yaxşı nümunəyə ehtiyacı var. (J.Jubert)
- Uşaqlar olmasa idi, insanlığı bu qədər sevə bilməzdik. (F.Dostoyevski)
- Özünüz də belə aforizmlər, atalar sözləri toplayıb qəzet maketinizdə
yerləşdirin.
- Qırmızı rəngdə verilmiş sözün (səh. 96) mətndəki mənası nədir?
- Mətndə (səh. 96) mötərizədə verilmiş sözlərdən hansı işlənsə, daha düzgün və dəqiq olar?