UŞAQ QALMAQ İSTƏYİRƏM...
Əgər bir gün yolunuzu itirsəniz, bir uşağın gözlərinin içinə baxın. Çünki bir uşağın bir yetkinə hər
zaman öyrədə biləcəyi üç şey vardır:
- Səbəbsiz yerə xoşbəxt olmaq;
- Hər zaman məşğul ola biləcək bir şey tapmaq;
- Əldə etmək istədikləri üçün var gücü ilə çalışmaq.
Paulo Koelyo, Braziliya yazıçısı
Dizlərim qanayacaq deyə, ağaclara çıxmayacağamsa...
Məni isladar deyə, (
yağışdan, qardan) qorxacağamsa...
Qar dənəciklərinin üzümə toxunmasından sevinməyəcəyəmsə...
Göy üzündəki ulduzlara heyran qalmayacağamsa...
Balıqların nəfəs almadan suda necə üzdüklərinə heyrətlənməyəcəyəmsə...
Bir tırtılın necə kəpənək olması məni düşündürməyəcəksə...
Uzun?uzadı suallar verməkdən bezəcəyəmsə...
Əllərim kirlənəcək deyə, qumdan qala
(qurmayacağamsa, tikməyəcəyəmsə)...
Quşları
oxşamaqdan doyacağamsa...
Buludların məni ən uzaq diyarlara apara biləcəyinə inanmayacağamsa...
Ayın sırf gecə uşaqlar qorxmasın deyə, doğduğunu düşünməyəcəyəmsə...
Anama yol kənarından çiçək dərməyi unudacağamsa...
Böyük (ürək, könül, qəlb) şəkli çəkdiyim kağızları qeyri?adi bir şey kimi atama
göstərməyəcəyəmsə...
Nənəmlə diz?dizə oturub saatlarla
söhbət etməyəcəyəmsə...
Bayramları neçə gün əvvəldən böyük bir həyəcanla
gözləməyəcəyəmsə...
Ac pişik balasını doyurmaq üçün bütün “var?dövlət”imi verməkdən
çəkinəcəyəmsə...
Dostlarım arasında ciblərindəki pula görə fərq qoyacağamsa...