Təmiz və rahat iş yeri, ev, ofis (və həyat!) yuxarı qalxmaq üçün əsas tələblərdən biridir. Ətrafdakı
zir-zibil öz daxilimizin çirklənməsinə gətirib çıxarır. Həyatınızı qaydaya salsanız, hər bir gününüz
daha aydın və enerjili keçər.
Ətrafınıza baxın, öz üzərində çox işləyən bir dostunuz varmı? Həmfikirlərinizi axtarıb tapın.
Qarşılıqlı dəstək, məsləhətlər və kömək hər birinizə öz məqsədinizə çatmaqda yardımçı olacaq.
Sizi əhatə edən insanların uğur hekayələri ilə tanış olun. Adi qəzetdə sizi motivasiya və gələcək
addımları atmaqda kömək edə biləcək onlarla hekayə tapmaq olar. Kitabxana və internetdə qeyri-adi
uğurlar əldə etmiş insanlar haqqında istədiyiniz qədər kitab və məqalə tapa bilərsiniz.
Yaşadığınız yerin ətrafında gəzin və ya avtomobillə gəzintiyə çıxın, fikrinizi problemlərdən
yayındırın. Gəzinti fikirlərin aydınlığı üçün ən yaxşı vasitədir.
Bu ən əsas məsləhətdir. Həmişə öyrənməyə çalışın.
Sizin üçün maraqlı olan hər bir şey haqqında oxuyun,
qulaq asın və öyrənin. Sizdən nə isə soruşanda "bilmirəm”
deməyin, “hələ öyrənməyə macal tapmamışam”, - deyərək
yenilikləri öyrənməyə cəhd edin.