Vaxtınızın bir hissəsini digər insanlara yardım etmək üçün ayırın. Başqasına qarşılıqsız olaraq nə
isə edərkən nə qədər çox şeyə sahibləndiyinizi və yardımın necə də zövqverici bir iş olduğunu
anlayırsınız.
Gələcək haqqında düşünərkən böyük planlar qurmaqdan qorxmayın. Uğursuzluqlarla rastlaşsanız da, geri
çəkilməyin. Çətinliklər və xoşagəlməz hadisələr sizi yolunuzdan saxlamasın, çünki sizin yerinə
yetiriləsi daha vacib məqsədləriniz var.
Gözlərinizi qapayın, məşğul olmaq istədiyiniz işlərlə hal- hazırda məşğul olduğunuzu təsəvvür edin.
Əgər qalib idmançı olmaq istəyirsinizsə, özünüzü idman zalında məşq edirmiş kimi təsəvvür edin. Əgər
müəllim olmaq istəyirsinizsə, özünüzü sinifdə dərs keçən sevimli müəllim kimi təsəvvür edin və s.
10-12 cümlə ilə istədiyiniz gələcək həyatınızı yazın: nə ilə məşğul olacaqsınız, harada
yaşayacaqsınız? Əldə etdiyiniz uğurdan necə faydalanacaqsınız? Ancaq yazılarınızı gələcək haqqında
deyil, artıq həmin gələcəkdə yaşayırmış kimi yazın.
Amerikanın motivasiya üzrə tanınmış eksperti Ceyson Qarsia motivasiyanı uğur qazanmağın bir pilləsi
hesab edir və bununla bağlı məsləhətlər verir.