İnsanları sevməyi bacarırsansa...
Bir nəfər məşhur cərrah Albert Şveytzerdən:
- Əgər cərrah olmasaydınız, özünüzü insanlara necə həsr edərdiniz? - deyə soruşdu.
Şveytzerin cavabı isə bu idi:
- Əgər insanları sevməyi bacarırsansa, peşənin nə əhəmiyyəti var? Əgər insanları sevməyi bacarmırsansa,
peşənin nə əhəmiyyəti var?..
- Cərrahın fikrinə münasibət bildirin. Onun cavabında hansı hikmət gizlənmişdir? Peşə ilə insana olan
hörmət və məhəbbətin nə kimi əlaqəsi vardır?
Bölmədəki mətnlərlə tanış olarkən aşağıdakı sualları cavablandırmağa çalışın:
- Nə üçün bölmə “İnsan və cəmiyyət” adlandırılmışdır?
- İnsanın cəmiyyətlə qarşılıqlı əlaqələri necə qurulur?