İstərdim ki, məndən sonra da sizin - azad quşların belə aydın və təmiz səması olsun...
Son kəlmələri söyləyəndə Qartalın səsi xırıldasa da, Göyərçindən başqa, ətrafdakılar bunu, demək olar ki,
heç hiss etmədilər də.
Səsi yenə də dağı-daşı yerindən oynadan Qartalın xırıltısını eşidərkən kədərlənən Göyərçinin qəlbində
məftunluqla yanaşı, gizli bir qibtə hissi də oyanmışdı: doğrudan da, qartal kimi yaşanan bir gün
qarğanın taleyindəki üç yüz ildən qat-qat üstün idi. Göyərçin bunları bütün varlığı ilə dərk etdikcə
qəlbi fərəhdən uçunurdu. Sevinirdi. Sevinirdi ki, nə yaxşı ki bu dağların Qartalı varmış. Yoxsa
qəribsəyərdi dağlar.
Sadiq Zamanın “Qızıl balıq” kitabından
- Mətnin məzmunu ilə bağlı 3 sual tərtib edin.
- 1-ci cümlədə qırmızı rəngdə verilmiş sözü aşağıdakılardan hansı ilə əvəz etmək olar?
səmada, göydə, asimanda
- Mötərizədəki nöqtələrin yerinə əvvəlki sözlərin elə sinonimlərini seçin ki, məzmuna xələl
gəlməsin.
- Altından xətt çəkilmiş cümlələrdə söz sırasını bərpa edin. Cümlələri müqayisə edin.
- Kursivlə verilmiş hissədə durğu işarələrini bərpa edin. Vasitəsiz nitqin sxeminə əsasən həmin
cümlələrin sxemini qurun.
- Tünd şriftlə verilmiş cümlədə durğu işarələrinin düzgün işləndiyini əsaslandırın.
- Mətndən aşağıdakı sxemlərə uyğun tabeli mürəkkəb cümlələri seçin.
- Qartal haqqında məlumat toplayıb kiçik elmi təqdimat hazırlayın. Hekayədə rast gəldiyiniz hansı
faktlar elmi təqdimatda da öz əksini tapdı?