İnsan canlı aləmin tərkib hissəsi olub, biosferdən kənarda təbii şəraitdə və müəyyən təkamül tipinin canlı maddəsi kimi yaşaya bilməz. İnsanın aid olduğu Hominid ailəsi Yerin ekvatorial hissəsində, İnsan cinsi isə Afrikanın şərqində və Cənubi Asiyada yaranmışdır. İlk dövrlərdə Yer üzərində bir neçə homid növü mövcud olmuşdur; onlar iki yarımailəyə mənsub olmuşlar: avstralopiteklər və adi insanlar. Onlardan yalnız bir növ - Homo sapiyens - şüurlu insan qalmışdır. Bir sıra alimlər Homo sapiyens növünü iki yarımnövə ayırırlar: neandertal və müasir insanlar. Canlı maddənin təkamülündə planetdə bir sıra dönüş nöqtəsi olmuşdur, bu təkamül suksessiyasının sonuncusu insanın (Homo sapiyens) meydana gəlməsi (peyda olması) hesab edilir. Bu hadisə canlı maddənin əmələ gəlməsi ilə müqayisədə yaxın zamanlarda, yəni 3,5-5 mln. il əvvəl baş vermişdir.
Düz deməsəm, onda məni bağışlayın, Üz tutaram uşaqlara, qocalara, cavanlara, Sağlığında qiymət verin insanlara: Yaxşılara sağ olanda yaxşı deyin, Sağlığında yaman deyin yamanlara... C.Novruz |
Su canlı orqanizmlərin fəaliyyətində mühüm əhəmiyyətə malikdir. O, biokimyəvi reaksiyalar üçün əsas mühit, protoplazmanın vacib tərkib hissəsidir. Qida maddələri orqanizmdə, əsasən, su məhlulu şəklində dövr edir, bu şəkildə də orqanizmdən dissimilyasiya məhsulu yüksək dərəcədə xaric edilir. Su bitki və heyvan orqanizmlərinin əsas kütləsini təşkil edir; toxumalarda onun nisbi miqdarı 50-80%, bəzi növlərdə isə daha yüksək olur. Belə ki meduzaların bədənində 95%-ə, bir çox molyuskların toxumalarında isə 92%-ə qədər su vardır. Hüceyrədaxili və hüceyrələrarası mübadilə, hidrobiontlarda isə xarici mühitlə osmotik qarşılıqlı əlaqə suyun və onun tərkibində həll olan duzların miqdarından çox asılıdır.
Hərəkət zamanı sürətin qiyməti dəyişərsə, belə hərəkət, bərabərsürətli hərəkətdən fərqli olaraq, sürətin verilmiş sabit qiyməti ilə xarakterizə oluna bilmir. Belə hərəkət ya dəyişən hərəkətin orta sürəti, ya da ani sürəti (trayektoriyanın verilmiş nöqtəsindəki sürət adlanır) ilə xarakterizə olunur. Dəyişən hərəkətin orta sürəti gedilən yolun, maddi nöqtənin həmin yolda olma müddətinə nisbəti ilə təyin edilir:
v or= S
t