Dilimizdə elə terminlər var ki, onlar müxtəlif elm sahələrində fərqli mənalarda işlənir. Verilmiş nümunədən istifadə etməklə növbəti sxemi tamamlayın və özünüz də bir neçə belə termin deyin.
Nümunə:
Elmi üslub əsas üslublardan biridir. Şərh etmək, izah etmək, müəyyən bir məsələ haqqında fikir söyləmək, nəticə çıxarmaq bu üslub üçün səciyyəvidir.
Elmi üslubun əsas göstəricisi terminlərdir.
Hər elm sahəsinin özünəməxsus terminləri vardır. Məs: tənlik, inteqral, prizma (riyaziyyat), ahəng qanunu, mübtəda, söz birləşməsi, cümlə (dilçilik), vektor, qüvvə, ətalət qanunu (fizika) və s.
Elmi üslubda yazılan əsərlərin dili çətin olur, burada qrafiklərdən, düsturlardan, mürəkkəb cümlə tiplərindən, ara sözlərdən çox istifadə olunur. Bu üslubda sözlərin çoxmənalılığına yol verilmir.