Nə üçün R.Rza qəlbini dənizdən böyük, dənizi qəlbindən kiçik adlandırır? Onun bu fikri ilə
razısınızmı? Niyə?
Şeirdə hansı fikir yoxdur?
Şair Xəzərə sonsuz məhəbbət bəsləyir.
Xəzər zəngin sərvətlər mənbəyidir.
Xəzər dənizi şairi bürclərə səyahətə aparır.
Su həyatın mənbəyidir.
Sən Xəzərdən nə ala bilərsən? sualına necə cavab verərdiniz? Öz cavabınızı şairin Mən
Xəzərdənnə istəsəm, ala bilərəm, balıqdan tutmuş şeir möcüzəsinə qədər fikri ilə müqayisə edin.
Cümləni tamamlayaraq suala cavab verin. Xəzər, əslində, ... . Bəs niyə dəniz adlanır?
R.Rza və Ə.Cəfərzadənin Xəzər dənizi ilə bağlı hansı fikirləri üst-üstə düşür?
Hansında tarixi faktlar üstünlük təşkil edir? Niyə belə hesab edirsiniz?
Xəstəliyim olubsa, qızılı qumun sağaldıb fikrini hansı faktlardan istifadə etməklə
təsdiqləyə
bilərsiniz?
Ekoloji fəlakət nədir? Xəzər dənizinin çirklənməsi ekoloji fəlakətə səbəb ola
bilərmi? Fikrinizi faktlarla əsaslandırın.
Xəzərlə sərhəd olan dövlətlərin həmyaşıdınız olan şagirdlərinə məktub hazırlayın. Həmin məktubda
Xəzər dənizinin çirklənməsinin qarşısını almaq istiqamətində təkliflər verin.
Şeirdə hansı söz həm ümumişlək söz, həm də termin kimi işlənə bilər?
Uyğunluğu müəyyənləşdirin.
a su yığıb saxlamaq üçün daşdan və s.-dən
düzəldilmiş
sututar
b böyük süni sututar, dəryaça
sonradan istifadə etmək üçün su toplanılan yer
1
hövzə
c mədən süxurları yatağı olan yer
2
hovuz
d qolları ilə birlikdə çayın əhatə etdiyi sahə,
dənizə,
gölə yapışıq ərazi
1_______ 2_______
Termin nəyə deyilir? II mətndə ancaq termin kimi işlənən sözləri seçin.
Ümumişləklik xüsusiyyəti olan hansı sözlər mətndə termin kimi işlənmişdir?