II. Sahəsi 400 000 km2, maksimal dərinliyi 1025 m, suyunun ümumi həcmi isə 77 min km3-ə yaxın olan Xəzər dənizinin suları Azərbaycan, Qazaxstan, Rusiya, Türkmənstan və İran sahillərini (yumaq). Adalar nəzərə alınmazsa, Xəzərin sahil xəttinin ümumi uzunluğu 6725 km-dir. Bunun təxminən 750 km-i Azərbaycan ərazisinin (payına düşmək). Xəzər dənizinin bu dövlətlərin iqtisadi inkişafında çox mühüm rolu olduğu danılmazdır.
Nadir və zəngin təbiyi ehtiyyatları olan, Avropa və Asiyanın sərhədində yerləşən Xəzər dənizi daxili su hövzəsidir.
Xəzər dənizinin özünəməxsus təbii iqlim şəraiti vardır. Bu iqlim şəraitini Qafqaz dağlarındakı yerli hava kütlələri yaradır. İlin müxtəlif mövsümlərində okeanlarda ? Şimal Buzlu okeanı, Atlantik okeanının şimal hissəsi və Aralıq dənizində formalaşmış hava kütlələri bura daxil olur.
Xəzər dənizinin şelf zonası və dibi neft və qaz yataqları ilə zəngindir. Xəzər dənizinin sularında, xüsusən ona tökülən çayların mənsəbində çoxlu qiymətli balıq növləri var. Su-gəmi nəqliyyatı dənizin sahillərindəki müxtəlif liman şəhərlərini birləşdirir.
III. Xəzər! Ey nemət, bərəkət dənizim mənim! Sahilində dayanmışam, sahilində sevmişəm, sahilində şənlənmişəm. Xəstəliyim olubsa, qızılı qumun sağaldıb, dincəlib dalğalarının qoynunda səyahətlərə çıxmışam. Sən mənim baba yurdum sən mənim damarlarımda axan qanım qədər doğmasan Xəzərim dənizim mənim Tarixlərdən əvvəlki tariximin yaşıdı dənizim! Atilladan, Tomrisdən, Pompeydən bəri sənə nə qədər adlar qoyublar. Tarixçilərin dediyinə görə, qədim yazılı abidələrdə, kitabələrdə onlarla adın var!
Sahillərindən kimlər keçib, sularında kimlər üzməyib? Neçə cahangirlər at oynadıb, nə qədər vətən oğlu-qızı azadlığını qanı bahasına müdafiə edib? İllər, qərinələr, əsrlərin odlu-soyuq nəfəsi döyəcləyib sahillərini sənin.
Səni coğrafiya kitablarında adicə “duzlu göl” adlandıranlar da olub. Amma mənim üçün, xalqım üçün Xəzərsən. Xəzərim mənim!