19. Mətni oxuyun. “Mətn bədii üslubdadır” fikri bu mətnə aid edilə bilərmi?
Torpağı xəzinə, havası gözəl, dağı, qayası əzəmətli, gülü, çiçəyi ətirli, gecəsi sirli, gündüzü hikmətli, övladı qeyrətli Azərbaycan!
Gözəlliyin Səni sevənləri sevindirdi. Düşmənlərini isə kədərləndirdi.
Əzəmətin, vüqarın Səni sevənləri qürurlandırdı, qeyrətləndirdi. Düşmənləri isə qorxuya saldı. Suyunu içib çörəyini yeyənlər Sənə xəyanət etdilər.
Sən təbiətinlə nə qədər zəngin və nə qədər gözəlsənsə, Səndə yaşayan millətlərinlə də bir o qədər gözəlsən. Ləzgisi, talışı, avarı, tatı, ingiloyu və başqalarını qardaş edən, bir-birlərinə qırılmaz sevgi telləri ilə bağlayan, onları azərbaycanlı edən sənin kimi müqəddəs bir vətəndə qalmaları, yaşamalarıdır.
Sən “Odlar yurdu” olmağınla bərabər, həm də “Sevgi yurdu”, “Qardaşlıq yurdu” oldun.