4
AZƏRBAYCAN TORPAĞI
1. Şeiri tələffüz qaydalarına uyğun oxuyun.
ORFOQRAFİYA
Hansı düzgündür?
Harda ümman görürəm,
Sən yadıma düşürsən,
Mənim mavi Xəzərim!
Harda liman görürəm,
Sən yadıma düşürsən,
Mənim doğma şəhərim!
Harda sahil görürəm -
Qumlu-qayalı sahil,
Buzovnadır, - deyirəm,-
Bura başqa yer deyil.
Bir qəşəng göl görürəm,
Sanmıram ögey gölü.
Çünki xatırladır o
Mənə bizim Göygölü!
Qarşıma dağ çıxırsa
Başı qarlı, dumanlı,
Ətəkləri yamyaşıl,
Döşü qalın ormanlı -
Şah dağıtək,Kəpəztək,
Əziz bilirəm onu.
Mən Talış dağlarıyla
Əkiz bilirəm onu!
Torpaqları çörəkli,
Bağları barlı edən,
Kəndləri, şəhərləri
Axar-baxarlı edən
Bir çayın sahilindən
Yolum düşürsə haçan,