Dünya Resursları Beynəlxalq İnstitutu Ümumdünya Təbiətiqoruma Monitorinq Mərkəzi ilə birlikdə tədqiqat apararaq son 8000 il ərzində dünyanın meşə örtüyünün dəyişim xəritəsini çıxarmış və aşkar etmişdir ki, bu örtüyün, demək olar ki, yarısı məhv edilib və yerdə qalanların cəmi 22 faizi təbii ekosistemdədir.
Digərləri isə insanların həmləsi ilə ciddi şəkildə dəyişikliyə uğrayıb. Bu faktları sadaladıqca belə bir nəticə meydana çıxır: insan, ilk növbədə, meşəni özündən qorumalıdır. Meşənin xatirinə... Və bəşəriyyətin xatirinə...