Azərbaycan meşələri Yer kürəsində mövcud meşələrin çox az bir hissəsidir. Bir zamanlar, daha doğrusu, 18-19-cu əsrlərdə Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü idi. Amma indi bu göstərici 11,4% təşkil edir. Azərbaycanın meşə örtüyü ilə bağlı daha bir problemi mövcuddur: respublikamızın 261 min hektar meşə fondu Ermənistan tərəfindən işğal edilmiş və bilərəkdən ona ziyan (verilmiş, vurulmuş). Ağdərə və Xankəndindəki fıstıq meşələri, Laçındakı iri gövdəli qırmızı palıd meşələri, Bəsitçay qoruğundakı möhtəşəm çinar və qoz ağacları, Kəlbəcər meşəsindəki ayı fındığı ağacları işğalçılar tərəfindən kütləvi qırılaraq xarici ölkələrə satılmışdır.
Buna baxmayaraq, ölkəmizin meşə örtüyü bir çox ağaclarla: daha çox palıd, vələs, qarağac və dəmirağacla zəngindir.
16-20 m-dək (hündürlüyü, uzunluğu) olan bu ağacın adı Qırmızı kitaba düşüb. Möhkəm oduncağa malik olduğundan bir vaxtlar ondan gəmi və maşınqayırmada, toxuculuqda geniş istifadə ediblər. Oduncaq kimi çox qiymətli hesab olunsa da, ciddi mühafizə olunduğundan onun kəsilməsi qəti qadağandır. Bundan başqa, şümşad, nil və ya azad ağacı, qaraçöhrə kimi nadir rast gəlinən ağaclar da meşələrimizin bəzəyidir.
Meşə örtüyünün azalması problemi istər-istəməz onun qorunması məsələsini aktuallaşdırır. Hər ölkə öz milli sərvəti olan meşələri öz imkanları və gücü daxilində qoru(sa, malı), ümumdünya prosesinə dəstək vermiş olar. Bizim ölkəmizdə də bu istiqamətdə xeyli işlər görülür.
Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Qafqaz ofisi 1 mart 2011-ci il tarixindən Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Cənubi Qafqaz ölkələrində meşə ekosistemlərinin transformasiya yolu ilə iqlim dəyişmələrinə qarşı dözümlülüyün artırılması” adlı layihəyə start ver(ir, ib). Layihənin məqsədi Cənubi Qafqazda meşə ekosistemlərinin iqlim dəyişmələrinin təsirinə qarşı dözümlülüyünü artırmaq və biomüxtəlifliyi zənginləşdirməkdir. Layihə çərçivəsində Yevlax və Ağsu rayonlarında hərəsində 75 ha olmaqla şam meşələrində yerli ağac cinsləri əkilir, meşə mütəxəssisləri üçün təlimlər və iqlim dəyişmələrinin mənfi təsirləri haqqında təbliğat tədbirləri həyata keçirilir.
Amma bütün bunlar insanın meşə örtüyünün artırılması istiqamətində edə biləcəklərinin cüzi hissəsidir. Ən başlıca fəaliyyət insanın özündə - meşəyə münasibətində olmalıdır.
Bunun üçünsə hər birimiz meşəyə yaşamamıza, nəfəs almamıza, gözəlliyi duymamıza və hər an sığınmamıza qucaq açacaq məkan kimi yanaş..., onu, ilk növbədə, özümüzdən qoru...yıq.