Bədii üslub əsas üslublardan biridir və danışıq dilinə yaxındır. Sənətkarlar xalq dilindən götürülmüş sözləri bədii əsərdə işlədərkən onlara müxtəlif məqamlarda müxtəlif mənalar verməklə fikri qüvvətləndirirlər.
Məsələn:
Birinci nümunədə od sözü həqiqi mənasında işlənmiş, ikinci nümunədə isə şair bədiilik yaradaraq Azərbaycan sözünü od sözü ilə qarşılaşdırmış, od kimi vətəninin də əbədi yaşayacağına işarə etmişdir.
Bir dəfə Paqanininin düşmənləri konsert ərəfəsində onun skripkasının simlərini zədələyirlər. Nəticədə çıxış zamanı alətin üç simi qırılır. Lakin buna baxmayaraq, Paqanini ... bircə simlə konsert proqramını həmişəki kimi ... ifa etmiş, hətta ... bu hadisədən heç xəbər də tutmamışdılar.
Nümunə:
Sabah Paqanininin solo konserti vardı. O bu konsertə ciddi hazırlaşırdı. Lakin düşmənlərin ona qurduğu tələdən xəbəri yox idi.
Davam etdirin.
21. “Təbiəti necə qoruyuruq” adlı mühakimə xarakterli təqdimat hazırlayın.