22. Mətni oxuyub tapşırıqları yerinə yetirin.
“Təxminən XIX əsrin ikinci yansmda Natəvanın əmisi qızı Məşədi Münəvvər xanımın əri Nəcəfqulu bəyi düşmənnəri öldürəndən sonra Xan qızı qohumlarını öz himayəsinə alır. Münəvvər xanımın dörd uşağından ikisini - oğlanları Qəzənfər və İbrahimi yanına aparıb oxutdurur.
Xan qızı həmin vaxtlarda tikib qurtardığı yaraşıqlı köynəyi Münəvvər xanıma bağışlayır. Natəvanın saxladığı uşaqlardan böyüyü Qəzənfər əvvəl Şuşada, daha sonra isə Rusiyada təhsilini başa vurub qayıdır. Bundan sonra Münəvvər xanım oğlunu qardaşı qızı Asya bəyimlə, yəni mənim anamla evləndirir və Xan qızının yadigarı kimi həmin köynəyi gəlininə bağışlayır. Asya xanımın böyük qızı Şəhla - mənim bacım 1945-ci ildə Ağdamdakı ikiillik Pedaqoji İnistitutda təhsil aldığı dövrdə köynəyi anasından nəslin yadigarı kimi qəbul edib saxlayıb və sonra mənə hədiyyə edib. Zərif parçadandır, yaxalığı milli naxışlarla işlənən köynəyin təxminən 125 yaşı var. Köynəkdə papiros külünün yandırdığı yerə Natəvan elə yamaq vurub ki, bunu heç kim sezə bilməz. 1950-ci ilə qədər köynəyin yaxasında dörd iri brilyant qaş olub. Şairənin 180 illik yubileyi ərəfəsində köynək Azərbaycan Tarixi Muzeyinə hədiyyə edilib”.
Xan qızının yadigarlarından biri də təxminən 150 yaşı, marağlı hekayəti olan fərməşdir (toxunma sandıq). 1885-ci ildə Xurşudbanu əmisi nəvəsi Qəzənfər ağanı başqa ölkəyə
oxumağa göndərəndə yorğan-döşəyini yığmaq üçün öz evindəki fərməşlərdən birini ona hədiyyə edib. Qəzənfər ağa ondan düz ötən əsrin 70-ci illərinə qədər istifadə edib. Natəvanın xatirələri hopmuş fərməş hazırda Sevil xanımın oğlu Novruz İbrahimoğlundadır və qayğı ilə qorunub saxlanılır.