Üslub dedikdə dil vahidlərindən: söz, söz birləşməsi və cümlədən məqsədəmüvafiq istifadə etmək nəzərdə tutulur.
Üslublar müxtəlif olur: bədii üslub, elmi üslub, publisistik üslub, məişət üslubu, rəsmi üslub.
20. Cümlələrdə buraxılmış hərfləri bərpa edin.
Dahilərdən söz düşdü, Le...nard... da Vinçini ...atırladım. O deyib ki, tarixi qədim və zəngin olan xalq həm ...üdrətli, həm də yenilməz xalqdır. Albert Şveyser isə ondan çox-çox sonralar belə təkrarl...yıb: “Bu və ya digər ölkələrdə milli mədəniyyətlərin yü...sək inkişafı həmin ölkə xalqlarının fəlsəfi dünya...örüşlərinin, es...etik ba...ışlarının daha yet...in və kamil olmasını göstərir”.
21. Cümlələri orfoepik qaydalara uyğun yazın.
Xurşidbanu Natəvan həm şair, həm də istedadlı rəssam olub. Onun dövrümüzə qədər gəlib çatmış bədii tikmələri insanları indi də valeh edir. 1886-cı ildə tərtib etdiyi “Gül dəftəri” adlı rəsm albomunda toplanan rəsmlər, əsasən, Şərq üslubunda işlənmiş ornamentlər və natürmortlardan ibarətdir. Qarabağ xalçaları və tikmələrində olan naxışlar al-əlvanlığı ilə insanları riqqətə gətirir və yəqin ki, bu ornament- lərin yaradılmasında Natəvanın da xidmətləri olub.