“Qeyri-adi Səttar” mətninin nəqli, yaxud təsviri mətn olduğunu müəyyənləşdirin.
Mətnə əsasən “rəssamın tabloları təbiətlə bizim aramızda ünsiyyət yaradır” demək olarmı? Niyə belə hesab edirsiniz?
Mətnə əsasən S.Bəhlulzadə ilə mətn müəllifinin şəxsi keyfiyyətlərini müəyyənləşdirin.
Şəkillər üzərində iş aparıb S.Bəhlulzadənin rəng dilinə münasibət bildirin. Sizcə, həmin rənglərin qeyri-adiliyi nədədir?
Siz Azərbaycanın hansı guşəsini daha çox bəyənirsiniz? Nə üçün? Həmin yerin rəng çalarları barədə danışın. Cümlələrinizin düzgün qurulmasına çalışın.
Bəyəndiyiniz ərazi haqqında təqdimat və ya məlumat hazırlayıb sosial şəbəkələrdə yerləşdirin.
Hamını Azərbaycan təbiətinin ecazkar gözəllikləri ilə tanış edin. Eyni zamanda bu gözəlliyi qorumağa çalışın.
Fantaziya
və
təxəyyül
sözlərini dil paraleli (
eyni leksik mənaya malik sözün mənşəcə
müxtəlifliyi
) hesab etmək olarmı?
Mətndə tünd şriftlə verilmiş sözlərin leksik mənalarını düzgün müəyyənləşdirin.
müəyyən hazırlıq tələb edən və sahibinin yaşaması üçün əsas mənbə sayılan əmək fəaliyyətinin bir növü
iri şəkil
bitki liflərindən hazırlanan parça
Rəng çalarları, böyük əks-səda, rəssam fantaziyası
birləşmələrinin leksik mənalarını müəyyənləşdirib cümlədə işlədin.
Bilik
və
bilgi
sözləri arasında məna fərqi varmı? Fikrinizi əsaslandırın.
Silsilə
sözünün hansı mənası mətndəkinə uyğundur?
bir-birinə bitişərək sıra təşkil edən obyekt;
keçmişdə qadınların başlarına taxdıqları bir-birinə keçirilmiş halqaşəkilli bəzək;
nəyin isə ardıcıl icrası;
şəcərə, nəsil.
Dodaqları
qaçdı
frazeoloji birləşməsini hansı sözlə əvəz etsək, cümlənin məzmununa xələl gəlməz?