Sualların və bəlkələrin sayı get-gedə (artırdı, çoxalırdı). Elə buna görə də bir az şübhə ilə rəssama üz tutdum:
- Səttar müəllim, Azərbaycanda, ..., belə yerlər var?
O mənim şübhələrimə son qoymaq üçün inamla dilləndi:
- Mən, demək olar ki, Azərbaycanı qarış-qarış gəzmişəm və təbiətinə də yaxşı bələdəm. Azərbaycanda bunlardan da gözəl, bunlardan da cazibədar yerlər var. Sadəcə olaraq, bu yerlərdə, bu gözəlliklər arasında yaşayanlar həmin gözəllikləri görə bilmirlər. Bu gözəllikləri görmək üçün, sadəcə olaraq, yeni göz gərəkdir.
Yeni bir sualla təzədən ona müraciət etdim:
- Bu gördüyümüz mənzərələri respublikanın hansı guşələrində çəkmisiniz?
O, ani fikrə gedib sonra tabloların fırçaya alındığı yerlərin adlarını sadaladı:
- Onların arasında Abşeronda, Qubada, Şabranda, İsmayıllıda, Şamaxıda, ... tərəflərdə, eləcə də Naxçıvanda, Şuşada, ... kətana köçürülənlər var...
Salyanın adını eşidəndə özümdən asılı olmayaraq dodaqlarım qaçdı. Göz yaddaşı iti, hissiyyatı güclü olan rəssam bunu o saat hiss edib dilləndi:
- Bəli, bəli, təəccüb etməyin, tablolarımın arasında elələri var ki, Salyanda kətana köçürülüb. Amma çoxları hələ elə fikirləşirlər ki, mənim bütün əsərlərim ..., Qubada yaranır. Əlbəttə, buna əsas səbəb əvvəllər həmin bölgələrdə yaranmış və böyük əks-səda doğurmuş əsərlərimdir. Bilirsiniz, hər yerdə həm gözəllik var, həm də ecazkar musiqililik. Yenə təkrar edirəm, bunları görüb qavramaq üçün, sadəcə olaraq, yeni göz və qulaq gərəkdir.
Rəssamın tablolarında gördüyüm qeyri-ənənəvi və qeyri-adi rəng çalarları, xüsusən ağ, çəhrayı, sarı rənglər diqqətimi daha çox (çəkdiyindən, cəlb etdiyindən) məndə o rənglər barədə bilgi əldə etmək marağı yaranmışdı. Ona görə soruşdum:
- Səttar müəllim, sizin işlətdiyiniz rənglər qeyri-ənənəvi rənglərdir. Siz bu rəngləri necə əldə edirsiniz?
Cavabı birmənalı oldu:
- Mən heç bir rəng-zad kəşf etməmişəm. Əsərlərimdə gördüyünüz bu rəngləri Azərbaycanın ayrı-ayrı yerlərinin təbiətində görmüşəm. Sonra on-on beş rəngi bir-birinə qatıb həmin çalarları almışam. Necə deyərlər, bir növ təbiəti yamsılamışam...