Səttar Bəhlulzadə bütün ömrünü Azərbaycan təbiətinin vəsfinə (yönəltmişdir, həsr etmişdir). Rəssamın Abşerona və Qubaya həsr olunmuş qeyri-adi silsilə mənzərə əsərləri: “Qudyalçay vadisi”, “Qızbənövşəyə gedən yol”, “Bağlar arasında”, “Qudyalçay sahili”, “Yaşıl xalı”, “Payız”, “Şahdağın ətəyində” Azərbaycanın təsviri sənətində böyük bir yaradıcılıq hadisəsinə çevrilib geniş əks-səda (doğurmuşdur, yaratmışdır).
Mən Səttarın emalatxanasına girəndən gördüyüm həmin silsilələrin davamı olan tabloların, bu tablolarda istifadə edilmiş qeyri-adi rənglərin təsiri altında idim. Öz-özümə fikirləşirdim: Görəsən həqiqətənmi Azərbaycanda belə yerlər var. Bəlkə heç elə deyil rəssamın özü Azərbaycanı belə görmək istəyir Bəlkə bu sadəcə olaraq rəssam fantaziyasının rəng vəhdətindən yaranmış təzahürüdür