Gəlin təbiəti biz də düşünək
O özü hər şeyi düşünən kimi.
Hüseyn Arif
Bizi əhatə edən ətraf aləm gözəl təbiət mənzərələri ilə zəngindir. Rəssam da, bəstəkar da, şair də öz
əsərlərində təbiətin min bir gözəlliyini vəsf edir.
Bölməni oxuyarkən aşağıdakı sualları cavablandırın:
- Biz təbiət haqqında düşünə bilirikmi?
- “Təbiəti sevən insan mənən zəngin olur, vətənini sonsuz məhəbbətlə sevir” fikri ilə razısınızmı?
- Əgər təbiətin nizamı pozularsa, nələr baş verər?
- Sizcə, bu nizamın pozulmasının qarşısını almaq olarmı?