Dil və nitq bir-biri ilə sıx bağlıdır. Ünsiyyət prosesi olan nitq dilin ifadə imkanları əsasında meydana çıxır. Nitq dildən törəyir, dinləyib-anlama, danışma, oxu və yazı formalarında təzahür edir. Hər bir nitq ədəbi dilin fonetik, leksik, qrammatik qayda-qanunlarına tabedir.
Hər birimiz ədəbi dilin normalarına riayət etməliyik. Nitq mədəniyyətinin ən mühüm tələbi də budur.