Yer üzündə ən çox rastlaşdığımız rənglərdən biri mavi rəngdir. Çünki başımızın üstündəki aydın səma və yayın ən qızmar çağında sularından istifadə etdiyimiz dənizlər mavi rəngdədir. Mavi səma və mavi dəniz azadlığı, dincliyi və sonsuzluğu ifadə edir. Mavi rəng sabit, insana rahatlıq və dinclik verən, istirahət gətirən bir rəngdir. Mavi rəng sülhü, sevgini, mənəvi yüksəkliyi, saflığı ifadə edir.
Mavi rəngi sevən insanlar isə, ümumiyyətlə, sakit, nizamlı, etibarlı, sədaqətli olanlardır.