Alim getdikdən sonra Teymur Mollanı çağırıb alimlə olan sual-cavab haqqında soruşur.
Molla deyir:
- Eh, alim... Mən də elə bildim ki, doğrudan da bir dərin adamdır. O lap sarsaq, qarınqulunun birisiymiş ki... Əvvəl yerdə bir dairə çəkib mənə dedi ki, ay indi burada bir tava qayğanaq ola idi. Mən də tez yarı bölüb dedim ki, hamısını sənə verməzlər, biz də varıq. Gördüm aşnam razı olmur. Tez bir də ortadan bölüb üç payını özüm götürdüm ki, “görməmişlik elərsən belə olar”. Kişi gördü ki, qayğanaq əldən gedəcək, razı oldu. İkinci dəfə əlini göyə tutdu ki bir qazan plovla necəsən Mən də əlimi üzü aşağı tutub dedim Üstündə qarası olsa yeyərəm Üçüncü dəfə qarnını mənə göstərib dedi Yoldan gəlmişəm acam Mən də tez cibimdən yumurtanı çıxartdım ki canın üçün, mən özüm səndən də acam özü də cibimdə bircə dənə yumurta var heç üz vurma verə bilməyəcəyəm
25. Məktəbinizdə “Yazı tiplərinin həyatımızda rolu” mövzusunda sorğu keçirin.