24. Aşağıdakı mətni oxuyub məzmununa münasibət bildirin, tapşırıqları yerinə yetirin.
Başqa məmləkətlərin birindən Teymurləngin yanına bir alim gəlir; tərcüməçi vasitəsilə bir çox söbət etdikdən sonra bu məmləkətin alimləri ilə görüşmək istədiyini bildirir. Teymur bütün alimləri yığır. Ancaq bu alimlərdən heç biri bu əcnəbi alimlə mübahisəyə girişməyə cəsarət eləmir. Axırda bunların bu qədər qorxduqlarını görən Molla müsahibəni öz boynuna götürür. Məclis qurulur. Əcnəbi alim yerdə bir dairə çəkib üzünü Mollaya tutur. Molla bir az fikirləşib dairəni iki yerə bölür. Görür alim danışmır. Bir cızıq da çəkib bölür dörd yerə, üç hissəsini özünə tərəf çəkir, bir hissəsini isə əcnəbi alimə verir kimi hərəkət eləyir. Əcnəbi alim razılaşır. Bundan sonra alim əlini arxası yerə doğru yumulu bir vəziyyətdə tutaraq Molladan cavab gözləyir. Molla da əlini tamamilə bunun əksinə, yəni barmaqlarını yerə doğru tutmaqla cavab verir. Alim buna da razı olur.
Uçuncu dəfə alim özünü işarə edərək yeyir kimi hərəkət göstərir. Molla da tez cibinnən bir yumurta çıxardır və qollarını quş qanadı kimi çırpır. Alim gülərək Mollanın əlindən öpür.
Molla gedir. Teymur tərcüməçi vasitəsilə alimə müraciət edərək soruşur:
- Bu işarələrdən biz heç bir şey anlamadıq.
Alim deyir:
- Dünya haqqında fikirlər müxtəlifdir. Mən yerdə o dairəni cızmaqla yer kürəsinin yumru olduğunu deyərək sizin alimin bu barədə fikrini bilmək istədim. Maşallah sizin alimə, tez kürənin ekvatorunu çəkdi, sonra dörd yerə bölərək üç hissəsinin su, bir hissəsinin quru olduğunu qeyd etdi. Sonra mən kürə üzərində olan bitkilərin həyatı haqqında onun fikrini bilmək istədim. Aliminiz buna da doğru cavab verdi. Bütün bitkilərin hamısının yağış və günəş şüaları vasitəsilə yaşadığını dedi. Üçüncü sual olaraq mən insanlar və heyvanlar haqqında onun fikrini bilmək istədikdə o, tez bir yumurta ilə quşların da bu cinsə aid olduqlarını mənim yadıma saldı.