- Mətn (səh. 38) üçün xarakterikdir:
- aydınlılıq
- mürəkkəblik
- termin sıxlığı
- faktlara əsaslanma (faktikilik)
- Sizcə, yazının yaranmasının tarixi əhəmiyyəti nədən ibarət idi? Fikrinizi
faktlarla əsaslandırın.
- Mətndə (səh. 39) çərçivəyə alınmış hissələrdə ardıcıllığı bərpa edin.
- Müasir dövrdə yazının hansı tiplərindən istifadə olunur? Fikrinizi nümunələrlə əsaslandırın.
- Müasir dövrümüzdə əşyəvi yazı nümunələrinə rast gəlinirmi? Şahidi olduğunuz bu cür nümunələr
haqqında məlumat toplayıb fikir mübadiləsi aparın.
- Müasir dövrdə fikrin əşya vasitəsilə ifadə olunmasının ən yüksək inkişaf pilləsi şahmatdır.
Belə
ki şahmat lövhəsi üzərində oyunçu hər bir fiqurun hərəkəti ilə qabaqcadan müəyyən edilmiş şərti
mənalarla fikrini öz rəqibinə çatdıra bilir fikri ilə razısınızmı? Fikirlərinizi
əsaslandırın.
- Sizcə, yazının ən mükəmməl tipi hansıdır? Niyə belə hesab edirsiniz?
- Yazı tiplərinin hansı praktik əhəmiyyəti vardır?
- Sizcə, yazı tək-tək şəxslərin, yoxsa kollektiv əməyin məhsuludur?
- Yol hərəkəti qaydalarını tənzimləyən işarələr yazının hansı növünə aid ola bilər?
- Aşağıdakı şəkilləri fərqləndirib onların şəkli və ya fikri yazı olduğunu
müəyyənləşdirin.
- Qobustan qayalıqlarındakı şəkillərlə bağlı məlumat toplayıb kiçik mətn tərtib edin
və onu mətnin
uyğun hissəsinə əlavə edin.