1 |
Lap qədim zamanlarda - yazının mövcud olmadığı dövrlərdə insanlar öz fikirlərini uzaq məsafəyə çatdırmaq üçün çox müxtəlif əşya və xətlərdən istifadə etmişdir. |
2 | İnsanlar meşəlik yerlərdə öz yoldaşlarına xəbər (çatdırmaq, vermək), ovlamaq istədikləri heyvanların keçdiyi yeri nişan vermək məqsədilə ağacın üzərində ox asmış, onların miqdarını bildirmək üçün budaqlardan istifadə etmişlər. |
3 | Yazı birdən-birə meydana çıxmamışdır. Yazının əmələ gəlməsində fikrin müxtəlif vasitələrlə ifadə və əks olunmasının xüsusi təsiri olmuşdur. |
Qədim insanlar ünsiyyət yaratmaq üçün (ən, daha) çox tez tapılan zəruri əşyalardan (geniş, səmərəli) istifadə etmişlər.
Ox göndərməklə müharibə anlayışı ifadə olunmuşdur. Belə ki bir tayfa o birisinə ox göndərməklə onunla vuruşmaq, müharibə etmək istədiyini bildirmişdir.
Duz dostluq anlayışının rəmzi olmuşdur. (Müəyyən, hər hansı) tayfanın o birinə duz və çörək göndərməsi onunla dost olmaq və yaxud dostluq şəraitində yaşamaq təklifini ifadə etmişdir.
Qızılgül sevgi, məhəbbət simvolu hesab edilmişdir. Belə ki birinin başqasına qızılgül verməsi, yaxud göndərməsi həmin adamın gül göndərilən adamdan xoşu gəlməsini, onu sevməsini ifadə etmişdir.
Güllərin hansı rəngdə olmasının da müəyyən anlamı olmuşdur. Məsələn, ağ gülün göndərilməsi görüşüb-danışmaq istəyini, sarı gül isə ayrılığı ifadə etmişdir. Qədimlərdə müəyyən bir məlumatı başqasına çatdırmaq üçün heyvan və quşlardan da istifadə edilmişdir.
Daha sonralar (qədim, köhnə) insanlar fikirlərini şəkillər vasitəsilə ifadə etmişlər. Daşlar, qayalar üzərində, yaşadıqları mağaraların divarlarında hə...at tərzləri, məişətləri, rəqsləri, məşğuli...ətləri və sairə ilə bağlı şəkillər çəkmişlər. Lakin hər şəkli yazı hesab etmək olmaz. Çəkilən şəkil mütləq hər hansı bir məlumatı əks etdirməlidir. Sonra hərfi yazı meydana gəlmişdir. Yazının formalaşması və inkişafı dövründə onun bir neçə tipi meydana çıxmışdır: