XIX əsrin axırlarına kimi Mərkəzi Afrika və Şimali Amerikanın bəzi xalqları yazını qeyri-təbii qüvvə, məktubu isə danışan canlı əşya hesab edirdilər.
Bir dənə Cənubi Amerika hindusu öz ağasının yaxın dostuna məktubla bərabər bir zə...bil meyvə aparır. Hindu geri qayıdıb, cavab məktubunu öz ağasına verir. Hindu çox təəccüblənir. Çünki yolda meyvəni yeyəndə onu heç kəs görməmişdi. Həmin hindu ikinci dəfə yenə meyvə aparmalı olur. Lakin o, məktubun “xəbərçi” olduğundan şübhələndiyi üçün bu dəfə meyvəni yeməzdən əvvəl böyük bir daşı qaldırıb kağızı onun altına qoyur və fikirləşir ki, ...
Məntiqinizə əsasən cümləni tamamlayın.
Hindu geri qayıdanda yenə ağası onu xeyli danlayır. Çünki meyvəni alan şəxs hindu ilə göndərdiyi məktubda onun yenə də meyvədən yediyini yazmışdı. Ağası tərəfindən cəzalandırıldıqdan sonra o, məktubun mahi...ətini başa düşür. |
Yazının əmələ gəlməsinin çox qədim tarixi vardır. Hələ lap qədimlərdə insanlar ayrı-ayrı qruplar şəklində (yaşamaq). İctimai quruluşun formalaşması insan qrupları arasında si...asi, iqtisadi və başqa əlaqələrin də yaranmasına (səbəb olmaq). Ayrı-ayrı tayfalar müə...ən məqsədlər üçün bir-biri ilə danışıqlar aparmalı olmuş, onlarda öz fikirlərini, duyğu, düşüncə və arzularını bir-birlərinə çatdırmaq ehtiyacı (meydana gəlmək). Bu təl...bat, şü...həsiz, təkcə şifahi ünsiyyətə köməkçi olan ikinci bir vasitənin - yazının yaranmasına təkan vermişdir.