Röya Məlikovanın “Əlil insanın heyrət doğuran gücü” mövzusunda yazdığı inşa 1982-ci ildə Avstraliyada doğulan Serbiya əsilli Nik Vuyçiçin həyat və fəaliyyətini əhatə edir. Çox nadir hallarda rast gəlinən tetraameliya - ətraflarının olmaması xəstəliyindən əzab çəksə də, bu hal onun yaşamaq, inkişaf etmək və çətinliklərə qalib gəlmək əzmini qıra bilməmişdir. Hələ 17 yaşında olarkən mühazirəçi olduğu tədbirdə yüzlərlə insana ümid bəxş etmiş, bu çıxışı ona həyatda özünü təsdiqləməyə imkan vermişdir.
R.Məlikova öz inşasında, sadəcə, həyati faktları təsvir etməmişdir. O daha çox N.Vuyçiçin daxili aləmini, mənəviyyatını, qarşısına qoyduğu məqsədə çatmaq üçün onun iradə gücünü göstərməyə səy etmişdir. Daha sonra o, N.Vuyçiçi Azərbaycan idmançısı Oluxan Musayevlə müqayisə etmişdir. Əlil olmasına baxmayaraq, bir çox yarışların qalibi olmuş Oluxan 2008-ci ilin sentyabrında Pekində keçirilən Paralimpiya oyunlarında nüvə itələmə üzrə 13,49 metr nəticə göstərərək Olimpiya çempionu adını qazanmışdır.
Düşünürəm ki, Röya məqsədinə nail olmuş, yazdığı inşa mövzusunu, əsasən, əhatə etmişdir.
İnşa yazıda diqqət yetirilməsi vacib olan və aradan qaldırılması tövsiyə edilən müəyyən iradlar vardır: