- Öyrəndikləriniz əsasında “Dil və nitq” adlı kiçik elmi mətn tərtib edin. Bunun üçün aşağıdakı
plandan İstifadə edə bilərsiniz:
Plan |
- İnsanın əmələ gəlməsi, əllərin yeriməkdən azad olması haqqında kiçik məlumat;
- İnsanlarda danışıq aparatının formalaşması, nitqin əmələ gəlməsi;
- Fərqli canlılarda (insan və heyvanlarda) ünsiyyət;
- Səslərin sözlərə, sözlərin tədricən cümlələrə çevrilməsi;
- Fikirlərin ümumiləşdirilməsi;
- Nəticə.
|
İSTİQAMƏT:
- Nəqli və sual cümlələrindən;
- Tabesiz və tabeli mürəkkəb cümlələrdən;
- Səbəb-nəticə əlaqəli cümlələrdən;
- Təsdiq bildirən modal sözlərdən;
- Birləşdirmə və qarşılaşdırma bağlayıcılarından və s. istifadə edə bilərsiniz.
Mətndə
əsas xətt :
İnsanın dik yeriməyə
başlaması səs aparatının
formalaşmasına nitqin
yaranmasına səbəb
olmuşdur.
- Yazdığınız mətnlər içərisində seçim edib ən yaxşı mətni qəzet maketinizdə yerləşdirin.
Oxucularınızı müzakirəyə dəvət edin.