Dil səs, söz və cümlələrdən ibarətdir.
İnsan orqanizminin şaquli vəziyyətə düşməsi dilin yaranması üçün vacib şərtlərdən biri hesab edilir. Daha sonra danışıq üzvləri, səs aparatı formalaşmış, ağ ciyərlər isə səslərin tələffüzü üçün lazım olan tənəffüsü təmin etmişdir.
İnsanın əməklə məşğul olması da dilin yaranmasına öz təsirini göstərmişdir. Dil və şüur vahid ictimai bir prosesdir.
Dilimiz Azərbaycan dilidir. 12 noyabr 1995-ci il Konstitusiyasına əsasən Azərbaycan dili dövlət dili kimi təsbit olunmuşdur.
Konstitusiyanın 21-ci maddəsində yazılır:
Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir.
“Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz. Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır”.