- Cədvəldən istifadə edərək bir müddət meşədə yaşamış Conun hansı “bilik” və “bacarıq”lara malik olduğu
barədə müzakirə aparın. Fikrinizi əsaslandırın.
Üç yaşında uşaqlar aşağıdakılara yiyələnməlidirlər:
- üçtəkərli velosiped sürmək;
- üzmək;
- topla futbol və digər oyunlar oynamaq.
- 2-4 hissəli şəkilləri bərpa edə bilmək;
- şəkildə artıq əşyanı seçə bilmək;
- əşyalar arasında oxşarlığı tapa bilmək;
- 2-3 şəkli yadda saxlaya bilmək;
- şəkillərdəki oxşarlıq və fərqləri seçmək;
- valideynin 1-2 dəfə göstərdiyi hərəkəti təkrarlamaq;
- 3-ə kimi saymaq, sayı barmaqları ilə göstərə bilmək;
- böyük-kiçik, az-çox, hündür-alçaq anlayışlarını bilmək;
- əsas rəngləri və əsas həndəsi fiqurları tanımaq;
- cisimləri hündürlüyünə, ölçülərinə, rəng və formasına görə müqayisə etmək.
- gördüyü əşyaları təsvir etmək;
- 5-6 sözdən ibarət cümlələr qurmaq;
- əşyaları qruplaşdırmaq;
- insan və heyvanların əsas hərəkətlərini
(oturur; durur, qaçır, yeyir və s.) deyə bilmək;
- mahnı və şeirləri təkrar etmək;
- öz ad və soyadını demək.
- müəyyən geyimləri geyinə bilmək;
- qayçı ilə kağızı kəsə bilmək;
- karandaş və flomasterdən istifadə
etməyi bacarmaq;
- nöqtə, xətlər, dairələr çəkmək;
- şəkilləri rəngləmək;
- əsas gigiyenik qaydaları bilmək.
- ev heyvanlarını və vəhşi heyvanları tanımaq, adlarını söyləmək;
- bəzi ağac və gül adlarını bilmək;
- meyvə, tərəvəz, giləmeyvələri ayırd etmək;
- materiallar (taxta, dəmir, plastik) haqqında təsəvvürə malik olmaq;
- günün vaxtlarını: səhər, günorta, axşam, gecəni ayırd etmək;
- təbiət hadisələri: qar, yağış, külək haqqında anlayışı olmaq.