Qadın əvvəlcə qorxur, diqqətlə baxdıqda üç il bundan əvvəl itmiş Conu tanıyır. Qadın onu ağacdan düşürməyə cəhd etsə də, məqsədinə nail ola bilmir.
Milli həmkəndlilərini köməyə çağırır. Con onu tutmaq istəyənlərə çox ciddi müqavimət göstərir. Bu “işdə” ona himayəçiləri olan meymunlar da kömək edirlər. Onlar Conu yaxalamaq istəyən adamlara müxtəlif ağac budaqları, meyvələr tullayaraq oğlanı qorumağa çalışırlar.
Lakin bütün bunlara baxmayaraq, kəndlilər Conu tuta bilir və onu kəndə gətirirlər. Heç kimi yaxına buraxmadığına görə əvvəlcə Conu ayrıca bir otağa salırlar. Bir neçə gün ona yeməyi qapıdan atırlar. Ancaq oğlan tədricən insanlara öyrəşir. Oğlanı himayəsinə götürən qadın onu çimdirir. Bədəninin sıx tük örtüyü onu meymunlardan az fərqləndirirdi. 3
Bu da vəhşi təbiətdə uzun müddət heç bir şərait olmadan qaldığı zaman meydana (gəlmişdir, gəlmişdi). Conun bədəninin müxtəlif nahiyələri cızılmış-göyərmiş yaralar və sıyrıntılarla dolu idi. Bu da, çox güman ki, onun meymun kimi gəzməsi, ağacdan- ağaca tullanması zamanı (qazanılmışdır, qazanılmışdı). 4
Con 1-2 ildən sonra Molli və Pol Vasva cütlüyünün rəhbərlik etdiyi uşaq evinə verilir. Bu cütlük ilk vaxtlar yalnız müəyyən səslər çıxaran oğlana insan kimi davranmağı və danışmağı öyrədir. Onlar Cona hətta oxuyub-yazmağı da öyrədirlər. Con tədricən heyvanlara məxsus davranış tərzindən (tamamilə, təmamilə) qurtulur, yaşıdları kimi normal həyat yaşayır. Sonradan xor dərnəyinə yazılır.
Con tez-tez qastrollarda olan “Afrika inciləri” xorunda çıxış edərək bir çox ölkələri gəzir.