✓ Mətnin adına münasibət bildirin. Siz onu necə adlandırardınız?
Əslən Uqandadan olan bu oğlanın (əsl, əsil) adı Con, (familyası, familiyası) Sabunya olsa da, o, “meymun oğlan” ləqəbi ilə tanınmışdır.
Üç yaşında ikən nəzarətsiz qalan Con yaşadığı evdən çıxaraq yaxınlıqdakı meşəyə girmiş və orada azaraq yolu itirmişdir. Meşədə itmiş və bir neçə gün ac-susuz qalmış bu üçyaşlı oğlanı yaşıl afrika meymunları tapmış, öz himayələri altına alaraq böyütmüşlər. 1
Təxminən 1991-ci ildə Milli adlı qadın meşəyə göbələk yığmağa gedir. Birdən xışıltı səsi eşidir. Başını qaldırarkən ağacda yarpaqların arasında gizlənib ona baxan və bədəni sıx, cod (tüklərnən, tüklərlə) örtülmüş qəribə bir məxluq görür. 2